Bank Of Baku

Akademik Opera və Balet Teatrında şair Almas İldırımın 100 illik yubileyi qeyd olunub

Akademik Opera və Balet Teatrında şair Almas İldırımın 100 illik yubileyi qeyd olunub
# 28 sentyabr 2007 16:48 (UTC +04:00)
Bu gün Akademik Opera və Balet Teatrında Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi, şair Almas İldırımın 100 illik yubileyi qeyd olunub. APA-nın xəbərinə görə, tədbiri açıq elan edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Almas İldırımın gec də olsa, vətənində öz layiqli qiymətini aldığını bildirib. Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay xalqların bir-birinə daha da yaxınlaşması üçün əlindən gələni edəcəyini deyib. Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, akademik Bəkir Nəbiyev, Elazığ valisi Müəmmər Müşmal, Almas İldırımın oğlu Azər Almas çıxış ediblər. tədbir konsert proqramı ilə davam etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR