Bank Of Baku

Əliağa Vahidin vəfatının ildönümü münasibətilə tədbir keçirilib

Əliağa Vahidin vəfatının ildönümü münasibətilə tədbir keçirilib
# 01 oktyabr 2007 09:41 (UTC +04:00)
Bu gün şair Əliağa Vahidin vəfatının ildönümü münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, Vahid bağında bir sıra incəsənət xadimlərinin iştirakı ilə keçirilən tədbirin iştirakçıları ilk növbədə qəzəlxanın məzarını ziyarət ediblər. Tədbirdə çıxış edən “Vahid” Poeziya Evinin direktoru Şahin Verdiyev qəzəlxanın həyat və yaradıcılığı barədə məlumat verərək, onu Azərbaycan ədəbiyyatına töhfə adlandırıb: “Biz fəxr etməliyik ki, bizim Vahid kimi qəzəlxanımız var”. Bundan başqa, tədbirdə şair-qəzəlxan Həkim Qəni, xalq şairi Balaş Azəroğlu, Yazıçılar Birliyinin poeziya şöbəsinin müdiri Qəşəm Nəcəfzadə, Akademik Milli Dram Teatrının aktyoru , əməkdar artist Əli Nur iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR