Bank Of Baku

Azərbaycanın xalq yazıçısı Əkrəm Əylisli: “Orxan Pamukun Nobel mükafatı alması ədəbiyyat hadisəsi deyil”

Azərbaycanın xalq yazıçısı Əkrəm Əylisli: “Orxan Pamukun Nobel mükafatı alması ədəbiyyat hadisəsi deyil”
# 02 oktyabr 2007 09:23 (UTC +04:00)
40 ildən artıqdır, yaradıcılıqla məşğul olduğunu deyən xalq yazıçısı yeni kitabında indiyə qədər yazmadığı hadisələrdən bəhs olunduğunu bildirib: “Bu əsər məğzi, mənası, texnikası, üslubu və digər cəhətləri ilə yenidir, problemlərə yeni baxışdır. Əsərin qəhrəmanı bütöv və çətin tale yaşamış bir adamdır. Əsərin qəhrəmanının başına iş gəlir. O, başqa bir şəxsin həyatını qurtarmaq istəyəndə döyülür, komaya düşür, bir daha özünə gəlmir. Bundan sonra onun şüuraltı həyatı başlayır. O özündə olmadığı dövrdə içində yaşadığı həyat qələmə alınıb”. Ə. Əylisli əsərin çapının gələn ilin əvvəlinə planlaşdırıldığını söyləyib. “Daş yuxular”ın altı çap vərəqi həcmində olduğunu deyən yazıçı yeni romanının birmənalı qarşılanmayacağını da vurğulayıb: “Mənim yazılarıma münasibət həmişə müxtəlif olub. Ümumiyyətlə, əsər birmənalı qarşılanırsa, əsər deyil”. Vaxtı ilə Moskvada çap olunan hər kitabının tezliklə başqa dillərə tərcümə edildiyini deyən Ə. Əylisli indiki dövr Türk ədəbiyyatının aşağı səviyyədə olduğunu bildirib: “Mən indiki Türkiyə ədəbiyyatının səviyyəsinə enmirəm. Türkiyə ədəbiyyatının səviyyəsi məni qane eləmir, çox aşağı səviyyədədir. Orxan Pamukun Nobel mükafatı alması ədəbiyyat hadisəsi deyil. Mən onun əsərlərini diqqətlə oxumuşam. Qabriel Qarsiya Markesin “Gözlənilən bir qətlin tarixçəsi” əsərini tərcümə etmişəm. Həmin situasiyalardan nə qədər istifadə etmək olar? Mən Orxan Pamukun oğurluq etdiyini demək istəmirəm, amma burada ciddi təsirlənmə faktı var”. Xalq yazıçısı, eyni zamanda Orxan Pamukun “Nobel” almasına sevindiyini də bildirib. Ə. Əylisli yazıçının təsadüfi olaraq bu mükafata layiq görülmədiyini söyləyib: “Onun əsərlərində Türkiyədə olduqca dərin şəkildə gedən proseslər özünəməxsus şəkildə üzə çıxarılıb. O yazıçı Avropa üçün maraqlıdır”. Ə. Əylisli nə vaxtsa Azərbaycan ədəbiyyatından da hansısa əsərin “Nobel” alacağına inandığını söyləyib: “Ancaq bu gün hər kəs iş-gücünü buraxıb, İsveç Akademiyasının görəcəyi işlə məşğuldur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR