Bank Of Baku

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu beynəlxalq mükafata layiq görülüb

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu beynəlxalq mükafata layiq görülüb
# 02 oktyabr 2007 15:04 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu elmi göstəricilərinə görə qabaqcıl müəssisə kimi Madriddə fəaliyyət göstərən ACTUALİDAD Nəşr Evinin mükafatına layiq görülüb. Bu barədə APA-ya AMEA-dan məlumat verilib. Məlumata görə, ACTUALİDAD Nəşr Evinin prezidenti Fransisco Abello ədəbiyyat institutuna ünvanladığı məktubda bildirir ki, seçim komissiyası “Nüfuz və keyfiyyətdə lider-2007” beynəlxalq mükafatını Nizami adına Ədəbiyyat İnstitutuna təqdim etməyi qərara alıb. Dünyada tanınan bu mükafat 1995-ci ildə təsis edilib. Onun təqdimat mərasimi dünyanın 70-dən çox ölkəsində yayılan ACTUALİDAD jurnalı vasitəsilə səfirliklərə, radio-televiziyalara, beynəlxalq mətbuat və ticarət palatalarına çatdırılır.
Oktyabrın 19-20-də qurum Rumıniyada Beynəlxalq Prizvermə Aktlarının 14-cü buraxılışını keçirməyi nəzərdə tutur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR