Bank Of Baku

Azad Şərifin “XX əsr Azərbaycanın yaradıcı nəsilləri” adlı kitabının təqdimat mərasimi olub

Azad Şərifin “XX əsr Azərbaycanın yaradıcı nəsilləri” adlı kitabının təqdimat mərasimi olub
# 03 oktyabr 2007 09:54 (UTC +04:00)
Bu gün Azərbaycan Yazıçılar Birliyində publisist Azad Şərifin “XX əsr Azərbaycanın yaradıcı nəsilləri” adlı kitabının təqdimat mərasimi olub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar bu kitabın işıq üzü görməsi münasibəti ilə müəllifi təbrik edib: “Azərbaycanda olan yaradıcı nəsillərlə bağlı ilk kitabdır. Mən bu təşəbbüs münasibəti ilə Azad müəllimi təbrik edirəm. Arzu edirəm ki, bu iş davamlı olsun. Azərbaycanda yaşayan yaradıcı insanların tarixini bilmək hamımızın borcudur. Çünki bu, Azərbaycanın tarixidir”. Kitabda Üzeyir Hacıbəyov, Bülbül, Qara Qarayev, Rəşid Behbudov, Rəsul Rza, Fikrət Əmirov, İlyas Əfəndiyev, Süleyman Rəhimov, Tahir Salahov, digər tanınmış şəxslər və onların ailələri haqqında ətraflı məlumat verilib. Müəllif çıxışında bu kitabı yazdığına görə qürur hissi keçirdiyini bildirib: “Mən bu kitabı doqquz ay ərzində hazırlamışam. Kitabda olan məqalələrin çoxu silsilə şəkildə yazılmış məqalələrdi. Kitabın təqdimatının məhz Yazıçılar Birliyində keçirildiyinə görə Anar müəllimə təşəkkürümü bildirirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR