Bank Of Baku

Naxçıvanda Turan Cavidin xatirəsi anılıb

Naxçıvanda Turan Cavidin xatirəsi anılıb
# 03 oktyabr 2007 10:30 (UTC +04:00)
Görkəmli dramaturq Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev muzeyində ədibin qızı Turan Cavidin doğum günü münasibətilə tədbir keçirilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə muzeyin direktoru Bəhruz Axundov açaraq Turan Cavidin həyat və fəaliyyətindən danışıb, onun hər bir Azərbaycan qadını üçün örnək ola biləjəyini bildirib. “Turan Cavid” Qadın Mərkəzinin sədri Sevda Cəfərova, Hüseyn Cavidin yaxın qohumu Fatma Verdiyeva Turan Cavidlə bağlı xatirələrini bölüşüb, onun atasının irsinin təbliğində əvəzsiz xidmətlərindən bəhs ediblər. Tədbirin sonunda muzeydə yeni yaradılan “Hüseyn Cavid-125” və “Xatirələr” sərgilərinə baxış olub, Hüseyn Cavidin Naxçıvan şəhərindəki abidəsi ziyarət edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR