Bank Of Baku

Hüseyn Cavidin 125 illiyinə həsr olunmuş tədbirlərə artıq start verilib

Hüseyn Cavidin 125 illiyinə həsr olunmuş tədbirlərə artıq start verilib
# 03 oktyabr 2007 14:16 (UTC +04:00)
Hüseyn Cavidin ev muzeyində şairin anadan olmasının 125 illiyinə həsr olunmuş tədbirlərə artıq start verilib. Bu barədə APA-ya muzeyin direktoru Gülbəniz Babaxanlı məlumat verib. O bildirib ki, şairin yubileyi münasibətilə nəşri planlaşdırılan kitablar artıq işıq üzü görüb. Hüseyn Cavidin əsərlərinin 5 cildlik külliyyatı, “Hüseyn Cavid hikməti”, fransız dilində “Məhəbbətdir ən böyük din” və 3 cildlik “Cavidşünaslıq” kitabları çapdan çıxıb. Yubiley ərəfəsində muzeyin virtual variantı yenidən işlənərək, internetdə yerləşdirilib. Cavidlərin doğum gününün qeyd olunduğu oktyabr ayı başlayandan həm muzeyin, həm də virtual variantın ziyarətçiləri çoxalıb. Məlum olduğu kimi, oktyabrın 2-si Turan Cavid, 19-u Ərtoğrul Cavid, 24-ü Hüseyn Cavid anadan olub. Bu münasibətlə muzeydə bir-birinin ardınca silsilə tədbir, sərgi və görüşlərin təşkilinə başlanıb. Oktyabrın 20-24-də “Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulub. Konfransda Azərbaycan, Türkiyə, İran, Fransa və Rusiyanın elm və ədəbiyyat xadimləri iştirak edəcəklər. Onu da qeyd edək ki, konfransın elmi materialları toplanaraq, artıq çap olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR