Bank Of Baku

Şərqşünas alim Azadə Rüstəmovanın şəxsi fondu arxivə təhvil verilib

Şərqşünas alim Azadə Rüstəmovanın şəxsi fondu arxivə təhvil verilib
# 04 oktyabr 2007 13:22 (UTC +04:00)
Görkəmli şərqşünas alim, professor Azadə Rüstəmovanın şəxsi fondu Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim olunub. Bu barədə APA-ya Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov məlumat verib. Onun sözlərinə görə, fondu arxivə üç il öncə dünyasını dəyişən Azadə Rüstəmovanın bacısı qızı Fəridə Əzizova təhvil verib. Şəxsi fondda əsasən alimin monoqrafiya və məqalələrinin, eləcə də ensiklopediya üçün hazırladığı annotasiyaların əlyazmaları, avtoqraflarla bir yerdə kitabları da yer alıb. Fondda həmçinin ötən yüzilliyin məşhur alimlərinin nadir fotoşəkilləri günümüzə kimi mühafizə edilib. Azadə Rüstəmovanın arxivində qorunan Həmid Araslı, Mirzağa Quluzadə, Mircəlal Paşayev, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Aida İmanquliyeva və başqa alimlərin fotoşəkilləri də artıq Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilib. 100 qovluğa yaxın bu şəxsi fondda A. Rüstəmovanın dünyanın müxtəlif ölkələrinin elm xadimləri ilə məktublaşmalar, yazışmalar da yer alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR