Bank Of Baku

Səməd Vurğunun ev muzeyində “Yubileylər... Yubileylər...” adlı silsilə tədbirlər keçiriləcək

Səməd Vurğunun ev muzeyində “Yubileylər... Yubileylər...” adlı silsilə tədbirlər keçiriləcək
# 05 oktyabr 2007 09:06 (UTC +04:00)
Oktyabr ayı ərzində Səməd Vurğunun ev muzeyində “Yubileylər... Yubileylər...” adlı silsilə tədbirlər keçiriləcək. Bu barədə APA-ya muzeyin şöbə müdiri Xanım Şadlinskaya məlumat verib. Onun sözlərinə görə, silsilə tədbirlər çərçivəsində oktyabrın 8-də Almas İldırımın 100 illik, oktyabrın 10-da Məmməd Rahimin 100 illik, oktyabrın 11-də isə şair Atif Zeynallının 80 illik yubileyi keçiriləcək. X. Şadlinskaya onu da qeyd edib ki, oktyabrın 9-da xalq şairi Səməd Vurğunun 100 illik yubiley mərasimindən çəkilən şəkillər və çıxışların sərgisi açılacaq. Qeyd edək ki, yubiley mərasimlərinə müxtəlif incəsənət və mədəniyyət xadimləri dəvət olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR