Bank Of Baku

Şair Kəramətin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Şair Kəramətin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
# 05 oktyabr 2007 12:11 (UTC +04:00)
Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair Kəramətin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan şair Maarif Soltan şairi yubiley münasibəti ilə təbrik edib. “Xaosun harmoniyası” adlı kitabının da təqdimatını keçirən şair bundan çox sevinc hissi keçirdiyini bildirib: “Mən çox şadam ki, bu gün kitabımın işıq üzü görməsi məhz bu günə, yubiley gününə təsadüf edib. Bütün qələm dostlarıma təşəkkür edirəm.” Tədbirdə çıxış edən şair Çingiz Əlioğlu da Kəraməti kitabının işıq üzü görməsi və yubiley günü münasibəti ilə təbrik edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR