Bank Of Baku

Lənkəranlı müəllim Mövlanə Cəlaləddin Ruminin əsərini dilimizə tərcümə edib

Lənkəranlı müəllim Mövlanə Cəlaləddin Ruminin əsərini dilimizə tərcümə edib
# 08 oktyabr 2007 08:03 (UTC +04:00)
Lənkəran Dövlət Universitetinin (LDU) fars dili müəllimi Səfər Şirinov böyük türk şairi Mövlanə Cəlaləddin Ruminin (1207-1273) “Məsnəviye-mənəviye-Mövləvi” (“Mövləvinin mənəviyyat məsnəviləri”) əsərini farscadan Azərbaycan dilinə tərcümə edib. Bu barədə APA-nın cənub bürosuna məlumat verən S. Şirinov bildirib ki, əsərin birinci və ikinci kitabları bu yaxınlarda çapdan çıxıb. Onun sözlərinə görə, ”Mənəviyyat məsnəviləri” əsəri dini-fəlsəfi məzmun kəsb etdiyindən, sovet dövründə gizli saxlanılıb və dilimizə tərcüməsi qadağan olunub. Hazırda 6 kitabdan və 1200 səhifədən ibarət bu qiymətli əsərin üçüncü kitabı üzərində işləyən S. Şirinov görkəmli türk şairinin mənəvi irsinin doğma ana dilimizdə geniş oxucu kütləsinə çatdırılmasının Ruminin 800 illik yubileyinə kiçik bir hədiyyəsi olduğunu qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR