Bank Of Baku

“Əli və Nino” romanının 70 illiyi qeyd olunacaq

“Əli və Nino” romanının 70 illiyi qeyd olunacaq
# 08 oktyabr 2007 10:10 (UTC +04:00)
Oktyabrın 16-da “Əli və Nino” romanının 70 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans keçiriləcək. Bu barədə APA-ya Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Çingiz Abdullayev məlumat verib. Cəmiyyətin təşkilatçılığı ilə baş tutacaq yubiley tədbirindən öncə oktyabrın 11-də mətbuat konfransı olacaq və Əsəd bəyin (Qurban Səid) həyat və yaradıcılığını əks etdirən materialların və yazışmaların yer aldığı kitabın təqdimat mərasimi keçiriləcək. 28 dilə tərcümə olunmuş romanın 70 illiyinə həsr olunmuş konfransda Azərbaycanın elm və ədəbiyyat xadimləri ilə yanaşı, Almaniya və Gürcüstan alimlərinin də iştirakı, həmçinin çıxışı nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR