Bank Of Baku

Azərbaycanda keçirilən V Uluslararası Folklor Konfransının gündəliyi və iş qrafiki açıqlanıb

Azərbaycanda keçirilən V Uluslararası Folklor Konfransının gündəliyi və iş qrafiki açıqlanıb
# 08 oktyabr 2007 14:25 (UTC +04:00)
Azərbaycanda keçirilən “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” adlı V Uluslararası Folklor Konfransının gündəliyi və iş qrafiki açıqlanıb. Dünyanın tanınmış türkoloq və folklorçularını bir araya gətirəcək bu böyük toplantı üç gün davam edəcək və 12 iclası keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutundan məlumat verilib. Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət mərasimindən sonra konfransın açılış mərasimi oktyabrın 17-də AMEA-nın Dairəvi İclas salonunda olacaq. Konfransın iclasları Folklor İnstitutunda və Mərdəkan dendrarisində keçiriləcək. Konfrans çərçivəsində professor Qəzənfər Paşayevin 70 illiyinə həsr edilmiş toplantı, Folklor İnstitutunun Türkiyə Cümhuriyyəti Hüseyn Qazi Kültür Sənət Vəqfi ilə birgə keçirdiyi “Seyid Nəsimi simpoziumu”nun materialları əsasında hazırlanan “Seyid İmaməddin Nəsimi” kitabı və “Azərbaycan folkloru antologiyası”nın “Dərbənd folkloru” cildinin təqdimat mərasimləri olacaq. Qeyd edək ki, konfransda dünyanın 30-a yaxın ölkəsinin elm və ədəbiyyat xadimləri iştirak edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR