Bank Of Baku

Hüseyn Cavidin 120 illik yubileyi Akademik Milli Dram Teatrında keçiriləcək

Hüseyn Cavidin 120 illik yubileyi Akademik Milli Dram Teatrında keçiriləcək
# 08 oktyabr 2007 15:08 (UTC +04:00)
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Hüseyn Cavidin 120 illik yubileyi keçiriləcək. Bu barədə APA-ya teatrın direktoru Maqbet Bünyatov məlumat verib. Onun sözlərinə görə, dövlət səviyyəsində keçiriləcək yubiley mərasimi dekabrın 21-də baş tutacaq. Yubileylə bağlı təşkil olunacaq tədbirin quruluşçu rejissoru Mehriban Ələkbərzadə olacaq. Teatr rəhbəri bildirib ki, yubiley münasibəti ilə xüsusi proqram hazırlanacaq. M. Bünyatovun sözlərinə görə, yubileyə hazırlıqla bağlı sabah Mədəniyyət və Turizm Nazirliyində görüş keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR