Bank Of Baku

Səməd Vurğunun ev muzeyində şairin 100 illik yubiley tədbirlərindən çəkilmiş fotolardan ibarət sərgi açılıb

Səməd Vurğunun ev muzeyində şairin 100 illik yubiley tədbirlərindən çəkilmiş fotolardan ibarət sərgi açılıb
# 09 oktyabr 2007 09:56 (UTC +04:00)
Bu gün xalq şairi Səməd Vurğunun ev muzeyində şairin 2006-cı ildə Azərbaycanda və ölkədən kənarda keçirilmiş 100 illik yubiley tədbirlərindən çəkilmiş fotolardan ibarət sərginin açılış mərasimi olub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən muzeyin direktoru Aybəniz Vəkilova bildirib ki, sərgini açılmasında məqsəd bütün keçirilən tədbirləri bir araya gətirmək və fotolar şəklində nümayiş etdirməkdir: “Mən qeyd etmək istəyirəm ki, Səməd Vurğunun 100 illik yubileyi təkcə ölkəmizdə deyil, ölkəmizdən kənarda da təntənəli surətdə qeyd olunub. Buna misal olaraq Kiyevdə, Moskvada, Dərbənddə, Xarkovda keçirilən tədbirləri göstərə bilərəm. Bundan başqa, bizim üçün daha sevindirici hal odur ki, bu il Türkiyənin Daçça şəhərindəki küçələrdən birinə Səməd Vurğunun adı verildi. Mən əminəm ki, bu sərgi Vurğun sevənlərin marağına səbəb olacaq”. Qeyd edək ki, sərgi oktyabrın sonuna kimi davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR