Bank Of Baku

“Həsən Bəy Zərdabi və uşaq ədəbiyyatı” adlı tədbir keçirilib

“Həsən Bəy Zərdabi və uşaq ədəbiyyatı” adlı tədbir keçirilib
# 09 oktyabr 2007 12:47 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında “Həsən Bəy Zərdabi və uşaq ədəbiyyatı” adlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan şair Maarif Soltan bildirib ki, tədbir Həsən bəy Zərdabinin 170 illik yubileyi ərəfəsində “Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlılarının Xeyriyyə Fondu ” və Yazıçılar Birliyinin şer sektoru tərəfindən təşkil olunub: “Ümumiyyətlə Həsən bəyin uşaq ədəbiyyatına olan diqqəti digər ziyalılarımızdan da tamamilə fərqlənib. Zərdabi yazdıqlarında təkcə uşaqlara hekayəni hekayə kimi yox, haradasa elmi əsər kimi başa salır. Həsən bəy Azərbaycanda həmişə qayğı hissi ilə anılıb. Bizdə olan məlumata görə, Həsən bəy Zərdabinin 170 illik yubileyi münasibəti ilə prezident İlham Əliyevin sərəncam imzalaması gözlənilir və bu, bizi çox sevindirir.” Tədbirdə çıxış edən Zahid Xəlil bildirib ki, Zərdabi yaradıcılığını və onun Azərbaycan elminin inkişafında gördüyü bütün işləri bütün dünyaya çatdırmaq hər bir azərbaycanlın borcudur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR