Bank Of Baku

Məmməd Rahimin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Məmməd Rahimin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
# 10 oktyabr 2007 12:29 (UTC +04:00)
Xalq şairi Səməd Vurğunun ev muzeyində şair Məmməd Rahimin anadan olmasının 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən muzeyin direktoru Aybəniz Vəkilova yubiley tədbirinin Səməd Vurğunun ev muzeyində keçirilməsinə görə çox şad olduğunu bildirib: “Mən çox şadam ki, bu gün xalq şairi Məmməd Rahimin yubileyi bizim muzeydə keçirilir. Biz bu cür dahi şəxsiyyətlərin ruhu qarşısında baş əyirik. Əgər bu addımımızla şairin ruhunu az da olsa, şad etdiksə, çox sevinirik”. Tədbirdə Bakı Dövlət Universitetinin müəllimləri İfrat Əliyeva, Elmira Rzayeva və Məmməd Rahim adına 7 nömrəli məktəbin şagird və müəllim kollektivi də iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR