Bank Of Baku

Atif Zeynallının 80 illik yubileyi keçirilib

Atif Zeynallının 80 illik yubileyi keçirilib
# 11 oktyabr 2007 10:12 (UTC +04:00)
Bu gün xalq şairi Səməd Vurğunun Ev Muzeyində şair, tədqiqatçı Atif Zeynallının 80 illik yubileyi münasibətilə tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Aybəniz Vəkilova şairin həyat və yaradıcılığı barədə məlumat verib. Bundan başqa, şair Atif Zeynallının Səməd Vurğun haqqında xatirələrinin lent yazısı dinlənilib. Qurban Bayramov, Səfurə Hüseynova, Hicran Nəsibova çıxışlarında şair haqqında xatirələrini bölüşüblər. Mərasimin sonunda şairin oğlu Xəzər Zeynalov və nəvəsi Atif Zeynalov iştirakçılara təşəkkürlərini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR