Bank Of Baku

Oktyabrın 17-də Mövlana Cəlaləddin Ruminin 800 illiyinə həsr olunmuş elmi sessiya keçiriləcək

Oktyabrın 17-də Mövlana Cəlaləddin Ruminin 800 illiyinə həsr olunmuş elmi sessiya keçiriləcək
# 11 oktyabr 2007 15:11 (UTC +04:00)
Oktyabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Şərqin böyük mütəfəkkiri Mövlana Cəlaləddin Ruminin 800 illiyinə həsr olunmuş elmi sessiya keçiriləcək. Bu barədə APA-ya institutun elmi katibi Zəfər Abdullayev məlumat verib. O bildirib ki, sessiyada filologiya elmləri doktoru Gövhər Baxşəliyevanın çıxışı, filologiya elmləri namizədi Məsiağa Məhəmmədinin “Mövlana və Şəms: iki dənizin qovuşması” adlı məruzəsi dinləniləcək. Sonra məruzə ətrafında fikir mübadiləsi və müzakirələr aparılacaq. Elmi tədbirdə Azərbaycanın şərqşünasları və ədəbiyyat xadimləri iştirak edəcəklər.
Qeyd edək ki, oktyabrın 21-25-də “Azərbaycanda Mövlana Cəlaləddin Rumi günləri” keçiriləcək. Bu günlər çərçivəsində Azərbaycana gələn alimlərin iştirakı ilə beynəlxalq elmi simpoziumun keçirilməsi planlaşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR