Bank Of Baku

Bakıda “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” adlı V Uluslararası Folklor Konfransı keçirilir

Bakıda “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” adlı V Uluslararası Folklor Konfransı keçirilir
# 17 oktyabr 2007 11:55 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun təşkilatçılığı ilə bu gün Bakıda “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” adlı V Uluslararası Folklor Konfransı başlayıb. APA-nın xəbərinə görə, konfrans iştirakçıları öncə Fəxri Xiyabanı, mərhum prezident Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Konfransın açılış mərasimi AMEA-nın dairəvi iclas salonunda keçirilib. AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov konfransı açıq elan edərək, türk xalqlarının görkəmli alimlərinin iştirak etdiyi bu tədbiri ümumtürk dünyasının bayramı adlandırıb. Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov çıxışında folklorun aktual problemləri ilə məşğul olan mütəxəssislərin müntəzəm olaraq görüş və elmi fikir mübadilələrinin vacibliyindən, elmi inteqrasiyanın miqyasını genişləndirməyin vacibliyindən söz açıb. Türk xalqlarının folkloru və folklorşünaslığın ən aktual problemləri ilə məşğul olan alimlərin məruzələri dinlənilib. Konfransda Türkiyədən professor Osman Fikri Sertkaya, professor Metin Turan, doktor Yaşar Kalafat, Rusiyadan professor Almira Kaziyeva, akademik Axmed Süleymanov, Almaniyadan doktor Alie Yasıba, Qazaxıstandan doktor Bakıtqul Kuljanova və başqa tanınmış alimlər iştirak edirlər. Üç gün davam edəcək bu folklor bayramında türk xalqlarının təmsilçiləri və tədqiqatçıları bir araya gələrək, bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar. Qeyd edək ki, konfransın iclasları AMEA-nın Folklor İnstitutunda və Mərdəkan Dendrarisində keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR