Bank Of Baku

Hüseyn Cavidin 125 illiyinə həsr olunmuş “Deyilən söz yadigardır” II respublika bədii qiraət müsabiqəsi keçirilir

Hüseyn Cavidin 125 illiyinə həsr olunmuş “Deyilən söz yadigardır” II respublika bədii qiraət müsabiqəsi keçirilir
# 22 oktyabr 2007 09:37 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ağdaşda “Deyilən söz yadigardır” II respublika bədii qiraət müsabiqəsi keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin əməkdaşı Mirsaib Musayev APA-ya bildirib ki, oktyabrın 21-də start götürən müsabiqəyə oktyabrın 24-də yekun vurulacaq. Hüseyn Cavidin 125 illiyinə həsr olunan müsabiqənin münsiflər heyətində Nurəddin Quliyev, Mənzər Nurəliyeva, Vaqif Bəhmənli, Laləzar Mustafayeva, Tahir Əliyev, Pərvanə Qurbanova, Azad Şükürov, Sabir Məmmədov, Əsgər Əsgərov və Mirsaib Musayev təmsil olunub. M. Musayevin sözlərinə görə, müsabiqənin I turuna 100-ə yaxın iştirakçı qatılıb. Müsabiqənin I yeri üçün 500, II yeri üçün 350, III yeri üçün 250 manat ayrılıb, 100 manat məbləğində üç həvəsləndirici mükafat və diplomlar nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR