Bank Of Baku

“Çağdaşımız Mövlana” mövzusunda simpozium keçirilib

“Çağdaşımız Mövlana” mövzusunda simpozium keçirilib
# 22 oktyabr 2007 11:48 (UTC +04:00)
UNESCO-nun dəstəyi ilə bütün dünyada qeyd olunan və Azərbaycanda keçirilən “Mövlana Cəlaləddin Rumi günləri” çərçivəsində bu gün Azərbaycan Atatürk Mərkəzində “Çağdaşımız Mövlana” mövzusunda simpozium keçirilib. APA-nın xəbərinə görə, simpoziumda Azərbaycan, Türkiyə və İran alimləri iştirak ediblər. Simpoziumun açılış mərasimində giriş sözü ilə AMEA-nın müxbir üzvü Nizami Cəfərov çıxış edib. Mövlananın həyat və fəlsəfəsinə elmi prizmadan nəzər yetirən çıxışçı böyük mütəfəkkirin fikirlərinin bu gün üçün aktual olduğunu bildirib. Fransalı fotojurnalist Reza Deqqati, xalq yazıçısı Anar, Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu, doktor Cavad Heyət çıxış edərək, Ruminin 800 il öncə dinləri, millətləri qardaşlığa çağırmasından söz açıblar. İkigünlük simpoziumda Arif Əmrahoğlunun “Cəlaləddin Rumi sufizmində model”, Mübariz Məmmədlinin “Məsnəvi və ya Ruminin sirri”, Gülşən Seyhan Alışıkın “Türk təsəvvüf ənənəsi və Mövlana”, Həsən Rüstəmzadənin “Quriyədən Ərdəbilə” mövzusunda məruzələri dinləniləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR