Bank Of Baku

Azərbaycanda “Mövlana Cəlaləddin Rumi günləri” keçirilir

Azərbaycanda “Mövlana Cəlaləddin Rumi günləri” keçirilir
# 22 oktyabr 2007 12:13 (UTC +04:00)
Azərbaycanda keçirilən “Mövlana Cəlaləddin Rumi günləri”nə oktyabrın 21-də start verilib. APA-nın xəbərinə görə, tədbir Xırdalan şəhərində keçirilən “Səma göstərişi” ilə başlayıb. Şərqin görkəmli mütəfəkkiri Cəlaləddin Rumi yalnız elm və mədəniyyət deyil, musiqi, rəqs, rəssamlıq, xəttatlıq və memarlıq aləmlərinə də bir sıra töhfələr verdiyinə görə onun xatirəsinə həsr olunmuş üç müxtəlif sərgi keçirilib. Bu sərgilərdə rəsm, ebru, foto və xəttatlıq əsərləri nümayiş olunub. Müasir İncəsənət Mərkəzində keçirilən ilk sərgidə Konya Böyükşəhər Bələdiyyəsinin kolleksiyasından 40 əsər sərgilənib. Kolleksiya bütövlükdə Faik Özdengül tərəfindən qələmə alınan 40 hissəli “Aşkın Terapi” əsərinin illüstrasiyalarından təşkil olunub. Seyrçilərə Bakı İncəsənət Mərkəzində xəttat Tərlan Qorçinin əsərləri, eləcə də İran və Azərbaycan sənətkarlarının əl işləri təqdim edilib. Azərbaycanda keçirilən “Mövlana Cəlaləddin Rumi” günlərinin rəsmi açılış mərasimi bu gün M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Mərasimdə həmçinin Azərbaycan Yazıçılar Birliyinin elan etdiyi müsabiqənin nəticələri açıqlanacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR