Bank Of Baku

Filarmoniyada Zəlimxan Yaqubun yaradıcılıq gecəsi keçiriləcək

Filarmoniyada Zəlimxan Yaqubun yaradıcılıq gecəsi keçiriləcək
# 22 oktyabr 2007 12:51 (UTC +04:00)
Noyabrın 7-də Azərbaycan Dövlət Filarmoniyasında xalq şairi Zəlimxan Yaqubun yaradıcılıq gecəsi keçiriləcək. Bu barədə APA-ya açıqlama verən Z. Yaqub tədbirdə həmçinin onun haqqında yazılan və öz yazdığı iki kitabın təqdimatının keçiriləcəyini bildirib: “Bu kitablardan biri mənə həsr olunub və “Əzəl-axır dünya türkün dünyası” adlanır. Onu tanınmış yazıçı Azər Turan qələmə alıb. İkinci kitab isə “Aşıq Hüseyn Saraclı dastanı” adlanır. Bu kitabı da mən yazıb Azərbaycanın gözəl aşığına həsr etmişəm”.
Z. Yaqub ilk dəfə yaradıcılıq gecəsinin 1998-ci ildə Heydər Əliyevin iştirakı ilə keçirildiyini deyib. Onun sözlərinə görə, yaradıcılıq gecəsində Azərbaycanın tanınmış ziyalıları, millət vəkilləri və dövlət rəsmiləri iştirak edəcək, xalq şairinin haqqında fikirlərini ifadə edəcəklər. Z. Yaqub yaradıcılıq gecəsinə ciddi hazırlıqlar görüldüyünü də bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR