Bank Of Baku

Naxçıvanda Hüseyn Cavidin 125 illik yubileyi qeyd olunur

Naxçıvanda Hüseyn Cavidin 125 illik yubileyi qeyd olunur
# 24 oktyabr 2007 08:35 (UTC +04:00)
Naxçıvanda Hüseyn Cavidin 125 illik yubileyi qeyd olunur. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, bu münasibətlə proqrama uyğun olaraq bir sıra tədbirlər artıq başa çatıb. Nazirlikdən bildiriblər ki, dünən yubiley tədbirləri çərçivəsində dramaturqun ev muzeyində “Cavid şeirlərinin ən yaxşı ifaçısı” mövzusunda şeir müsabiqəsi keçirilib, AMEA-nın Naxçıvan bölməsində konfrans təşkil olunub. Bu gün isə Hüseyn Cavidin ev muzeyində daha bir tədbir təşkil olunacaq, Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə yazıçı Anarın ssenarisi əsasında yeni çəkilmiş “Cavid ömrü” filmi nümayiş etdiriləcək. Günün sonunda isə C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ədibin “Səyavuş” əsəri teatrsevərlərə təqdim olunacaq. Qeyd edək ki, bu tədbirlər Hüseyn Cavidin yubileyinin keçirilməsi haqqında ölkə prezidentinin 17 aprel 2007-ci il tarixli sərəncamına əsasən həyata keçirilir. Naxçıvan MR-in bölgələrində də belə tədbirlər təşkil olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR