Bank Of Baku

Musa Yaqubun 70 illik yubileyi qeyd olunub

Musa Yaqubun 70 illik yubileyi qeyd olunub
# 24 oktyabr 2007 10:51 (UTC +04:00)
Bu gün xalq şairi Səməd Vurğunun ev muzeyində şair Musa Yaqubun 70 illik yubileyi münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Aybəniz Vəkilova şairi təbrik edib: “Mən çox şadam ki, məhz Musa Yaqub kimi şairin yubileyi bizim muzeydə keçirilir. Arzu edirəm ki, şairin 100 illik yubileyi də bizim muzeydə onun öz iştirakı ilə keçirilsin”. Ayaz Vəfalı, Nahid Hacıyev, şairə Fərqanə və başqaları çıxış edərək qələm dostlarını doğum günü münasibətilə təbrik edib. Musa Yaqub çıxışında onu təbrikə gəldiklərinə görə qələm dostlarına təşəkkürünü bildirib: “Hər birinizə diqqətinizə görə minnətdarlığımı bildirirəm. Şadam ki, həyatda o qədər gözəl dostlar qazanmışam ki, hətta 70 yaşımda belə onları yanımda görürəm”. Tədbirin sonunda Səməd Vurğun Muzeyinin və Səməd Vurğun Fondunun direktoru Aybəniz Vəkilova Musa Yaquba doğum günü münasibətilə “Səməd Vurğun” mükafatını təqdim edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR