Bank Of Baku

Hüseyn Cavidin 125 illiyinə həsr olunmuş tədbir keçirilib

Hüseyn Cavidin 125 illiyinə həsr olunmuş tədbir keçirilib
# 24 oktyabr 2007 14:51 (UTC +04:00)
Bu gün Azərbaycanda mənzum dramın əsasını qoyan, görkəmli şair-filosof Hüseyn Cavidin anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, paytaxtın Hüseyn Cavid bağındakı şairin xatirəsinə ucaldılan abidə-kompleksinin qarşısında keçirilən mərasimdə Azərbaycanın tanınmış elm və mədəniyyət xadimləri, Cavidsevərlər iştirak ediblər. Tədbirdə Hüseyn Cavidin əsərlərindən parçalar ifa olunub, dramlarından səhnələr təqdim edilib. AMEA-nın müxbir üzvü, millət vəkili Rafael Hüseynov çıxış edərək, şairin həyat və yaradıcılığı, keşməkeşli taleyi barədə geniş məlumat verib. Tədbirdə Hüseyn Cavidin əsərlərindən parçalar ifa olunub, dramlarından səhnələr təqdim edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR