Bank Of Baku

Azərbaycan və Misir yazıçılarının dialoqu keçirilib

Azərbaycan və Misir yazıçılarının dialoqu keçirilib
# 25 oktyabr 2007 16:15 (UTC +04:00)
Bu gün Misirin Azərbaycandakı səfirliyinin Bakıdakı Misir Mədəniyyəti Mərkəzində Azərbaycan və Misir yazıçılarının dialoqu keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Misir Mədəniyyət Mərkəzinin direktoru, professor Adel Dərviş görüşü yüksək qiymətləndirib və tədbirin əhəmiyyətindən danışıb: “Misir və Azərbaycan mədəniyyətində, xüsusilə ədəbiyyat sahəsində, şeirlərimiz arasında oxşarlıqlar mövcuddur. Həm Azərbaycanda ərəb dilində əsərlər yazılıb, həm də Misirdə Azərbaycan əsilli ədiblərin əsərləri var. Bu əsərlər isə dünya ictimaiyyəti tərəfindən oxunur. Keçən il Azərbaycan Qadın Yazıçılar Birliyinin sədri Nüşabə Məmmədli bizə bir neçə Azərbaycan yazıçısının əsərlərini və CV-lərini Misirlə Azərbaycan yazıçıları arasında təmasın qurulması üçün təqdim etdi. Biz bu CV-ləri Misirə göndərdik. CV və kitabları Misirə göndərilən yazıçılar arasında Füruzə Məmmədli, Əlibala Hacızadə, Gülrux Əlibəyli, Elçin Hüseynbəyli, Nüşabə Məmmədli və başqalarının adı var”. A. Dərviş bildirib ki, dekabrda Azərbaycana Misirin bir neçə yazıçısı gələcək. Bundan başqa, tədbirdə Misirdən Əhməd Samur, Abdul Hamid, Azərbaycan Qadın Yazıçılar Birliyinin sədri Nüşabə Məmmədli, Füruzə Məmmədli, Ənvər Əhməd, Fəridə Ləman, akademik Vasim Məmmədəliyev və başqaları iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR