Bank Of Baku

Hüseyn Cavidin 125 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsinin qaliblərinin adları açıqlanıb

Hüseyn Cavidin 125 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsinin qaliblərinin adları açıqlanıb
# 31 oktyabr 2007 15:35 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatıçılığı ilə Ağdaşda keçirilən “Deyilən söz yadigardır” adlı II respublika bədii qiraət müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsindən APA-ya verilən məlumata görə, 21-24 oktyabr tarixlərində keçirilən müsabiqədə birinci yerə heç kim layiq görülməyib. Bakı şəhərindən Niyaz Qasımov ikinci olub və 300 manat mükafat alıb. Üçüncü yeri Gəncə şəhərindən Elnur Əhmədov tutub və 250 manat məbləğində mükafatın sahibi olub. 100 manat məbləğində 3 həvəsləndirici mükafat isə Ağdaş rayonundan Turanə Bəkirli, Qazax rayonundan Nəzirə Babayeva və Bakı şəhərindən Ruhiyyə Yəhyayevaya verilib. Yaxın vaxtlarda qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR