Bank Of Baku

Ukraynanın müharibə veteranları Səməd Vurğunu “Böyük Vətən müharibəsində 60 illik qələbə” medalı ilə təltif edib

Ukraynanın müharibə veteranları Səməd Vurğunu “Böyük Vətən müharibəsində 60 illik qələbə” medalı ilə təltif edib
# 01 noyabr 2007 09:36 (UTC +04:00)
Ukraynanın Zaporojye şəhərinin müharibə veteranları xalq şairi Səməd Vurğunu 100 illik yubileyi münasibətilə “Böyük Vətən Müharibəsində 60 illik qələbə” adlı medalla təltif edib. Bu barədə APA-ya Səməd Vurğun adına fondun və muzeyin direktoru Aybəniz Vəkilova məlumat verib. Onun sözlərinə görə, medal Dünya Azərbaycanlıları Konqresinin Ukraynadakı nümayəndəsi, Zaporojye şəhər Veteranlar Şurasının sədri Yevgeni Kartaşov tərəfindən təqdim edilib: “Məktubda Səməd Vurğun “Ukrayna xalqının yaxın dostu” adlandırılaraq bildirib ki, xalq həmişə Səməd Vurğunu Ukrayna şairlərini sevdiyi kimi sevib və sevəcək”. A. Vəkilova onu da qeyd edib ki, medal saxlanılmaq üçün muzeyə təqdim edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR