XV əsr Azərbaycan mühacirət ədəbiyyatına aid Xəlilinin “Firqətnamə” ədəbi abidəsi Azərbaycanda ilk dəfə işıq üzü görüb
05 noyabr 2007 12:36 (UTC +04:00)
XV əsr Azərbaycan mühacirət ədəbiyyatına aid ədəbi abidə olan Xəlilinin “Firqətnamə”si ilk dəfə Azərbaycan oxucusuna təqdim olunub. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlu məlumat verib. O bildirib ki, filologiya elmləri doktoru Azadə Musayevanın yenicə işıq üzü görən “XV-XVI əsrlərdə Azərbaycan mühacirət ədəbiyyatı və Xəlilinin “Firqətnamə”si” kitabında Azərbaycandan Türkiyəyə getmiş sənətkarların əlyazma irsindən söz açılır. Dörd bölümdən ibarət olan bu kitabda həmçinin Türkiyədə Azərbaycan ədəbiyyatının təsiri ilə yazılan abidələrə diqqət yetirilib. Kitabın III bölümündə Türkiyədə yazılan Azərbaycan ədəbiyyatının bir örnəyi kimi Xəlilinin 1471-ci ildə tamamladığı “Firqətnamə”si tədqiq edilib, abidənin əlyazma surətləri araşdırılıb və ilk dəfə olaraq oxuculara təqdim olunub. /APA/
Ədəbiyyat
Azərbaycan Moskva Beynəlxalq Kitab Sərgisində təmsil olunur
12:42
5 sentyabr 2024
Tanınmış ingilis yazıçı vəfat edib
15:35
3 sentyabr 2024
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
11:44
27 avqust 2024
Qazax yazıçı: Tarixi ərazilərini bərpa edən Azərbaycanla qürur duyuruq - MÜSAHİBƏ
13:00
12 avqust 2024