Bank Of Baku

Sabir Rüstəmxanlının “Göy Tanrı” romanının müzakirəsi keçirilib

Sabir Rüstəmxanlının “Göy Tanrı” romanının müzakirəsi keçirilib
# 06 noyabr 2007 13:22 (UTC +04:00)
Bu gün Azərbaycan Yazıçılar Birliyində Çölçülər Ədəbi Mərkəzinin təşkilatçılığı ilə xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının “Göy Tanrı” romanının müzakirəsi keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə tənqidçi Rüstəm Kamal açaraq, Sabir Rüstəmxanlı yaradıcılığında tarixlə bədiiliyin vəhdət yaratdığını bildirib: “Göy Tanrı” romanı törə ilə tarixin bədii vəhdətidir. Adətən, Azərbaycan ədəbiyyatında ana kultu yüksək tutulur. Amma Sabir Rüstəmxanlının yaradıcılığında lirik, qutsal bir ata kultu var”. Çingiz Əlioğlu, Elçin Hüseynbəyli, Xanəmir və başqaları çıxış edərək, S. Rüstəmxanlı yaradıcılığının bədii keyfiyyətlərindən, səciyyəvi cəhətlərindən söz açıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR