Bank Of Baku

“Türk əlyazmaları kataloqu”nun I cildi işıq üzü görüb

“Türk əlyazmaları kataloqu”nun I cildi işıq üzü görüb
# 07 noyabr 2007 14:30 (UTC +04:00)
“Türk əlyazmaları kataloqu”nun I cildi işıq üzü görüb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlu məlumat verib. Məlumata görə, kataloqda Əlyazmalar İnstitutunda mühafizə edilən türkdilli folklor abidələrinin və şifahi xalq ədəbiyyatının təsiri altında, eləcə də dini-mifoloji təfəkkürün məhsulu kimi qələmə alınmış müəllifi məlum olmayan əlyazmaların elmi-palioqrafik təsviri əhatə olunub. Kataloqu təsvir və tərtib edən filologiya elmləri doktoru Şamil Cəmşidov və filologiya elmləri namizədi Əli Məmmədbağıroğlu, nəşrin redaktoru filologiya elmləri doktoru Məmməd Bağırovdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR