Bank Of Baku

“Müasir Azərbaycan karikaturası” adlı kitab işıq üzü görüb

“Müasir Azərbaycan karikaturası” adlı kitab işıq üzü görüb
# 07 noyabr 2007 15:36 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan və Dünya Karikaturaçılar Birliyinin və Dünya Karikaturaçılar Federasiyasının birgə təşəbbüsü ilə hazırlanan “Müasir Azərbaycan karikaturası” adlı kitab işıq üzü görüb. Bu barədə APA-ya Azərbaycan Karikaturaçılar Birliyinin sədri, rəssam Bayram Hacızadə məlumat verib. Kitabda müasir dövrdə Azərbaycanda çalışmış karikaturaçı rəssamların faəliyyəti və əsərləri barədə qısa məlumatlar yer alıb. B.Hacızadə bildirib ki, Azərbaycan və ingilis dillərində çap olunan kitabın nəşrində əsas məqsəd Azərbaycandakı karikaturaçı rəssamların fəaliyyətini xarici ölkələrdə təqdim etməkdir: “Baxmayaraq ki, Azərbaycan karikaturasının 100 illik tarixi var, ancaq xarici ölkələrdə rəssamların son illərdəki fəaliyyəti tanınılmır. Bu kitabı hazırlamaq da bu səpgidə görülən işdir. Kitabı artıq bir sıra beynəlxalq təşkilatlara göndərmişik. Azərbaycanın müasir karikaturaçılarından bəhs edən kitab bir sıra dünya ölkələrində yayılacaq”. Birlik rəhbərinin sözlərinə görə, kitabın təqdimat mərasimi dekabrda keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR