Bank Of Baku

“Farsdilli əlyazmalar kataloqu”nun III cildi işıq üzü görüb

“Farsdilli əlyazmalar kataloqu”nun III cildi işıq üzü görüb
# 09 noyabr 2007 14:30 (UTC +04:00)
573 əlyazmanın təsvirinin yer aldığı “Farsdilli əlyazmalar kataloqu”nun III cildi işıq üzü görüb. Bu barədə APA-ya AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlu məlumat verib. O bildirib ki, kataloqun bu cildinə Yaxın və Orta Şərqin görkəmli şairlərinin əsərləri daxil edilib. Hafiz Şirazinin əsərlərinin 87 əlyazmasının təsvirinin yer aldığı bu cilddə qədimliyi və nəfisliyi ilə seçilən əlyazmalara yer verilib. 1430-cu ildə köçürülmüş “Əmir Xosrov Dəhləvi” divanı, 1434-cü ildə köçürülən Sədi Şirazinin əsərləri və başqa əlyazmalar miniatürlərlə bəzədilib. Cildin tərtibçisi filologiya elmləri doktoru Cənnət Nağıyeva, redaktoru filologiya elmləri doktoru Möhsün Nağısoyludur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR