Bank Of Baku

Görkəmli ədəbiyyatşünas Əlabbas Müznibin “Seçilmiş əsərləri” işıq üzü görüb

Görkəmli ədəbiyyatşünas Əlabbas Müznibin “Seçilmiş əsərləri” işıq üzü görüb
# 14 noyabr 2007 16:14 (UTC +04:00)
1937-ci il repressiya qurbanlarından biri olan görkəmli ədəbiyyatşünas, şair Əlabbas Müznibin “Seçilmiş əsərləri” işıq üzü görüb. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlunun APA-ya verdiyi məlumata görə, kitabda yer alan əsərlər bütöv şəkildə ilk dəfə oxuculara təqdim olunub. Əlabbas Müznibin 1910-1919-cu illərdə əski əlifba ilə çap olunan 16 kitabının mətni “Seçilmiş əsərləri”ndə işıq üzü görüb. Kitabı nəşrə hazırlayan və ön sözün müəllifi Sona Xəyaldır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR