Bank Of Baku

Yazıçı Əli İldırımoğlunun 80 illiyinə həsr olunmuş tədbir keçirilib

Yazıçı Əli İldırımoğlunun 80 illiyinə həsr olunmuş tədbir keçirilib
# 16 noyabr 2007 13:21 (UTC +04:00)
Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) yazıçı Əli İldırımoğlunun 80 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə AYB-nin sədri, xalq yazıçısı Anar açıb. O, yubilyarın yaradıcılığını qısaca xarakterizə edərək, bir jurnalist, yazıçı, publisist kimi Əli İldırımoğlu imzasının oxuculara yaxşı tanış olduğunu bildirib. Professor Nizaməddin Şəmsizadə yubilyarın həyat və yaradıcılıq prinsiplərinin dəyişməz olduğundan, ədəbiyyatşünas Qurban Bayramov isə Əli İldırımoğlunun 55 il vərəqlə qabaq-qənşər oturması faktından söz açıb. 6 romanın, 500 oçerkin, onlarla hekayələrin müəllifi olan Əli İldırımoğlunun nəsrini tənqidçi Arif Əmrahoğlu “abırlı nəsr”, filosof Firuz Mustafa isə “ağıllı, müdrik ədəbiyyat nümunəsi” adlandırıb. Qeyd edək ki, ədəbiyyata jurnalistikadan gələn Əli İldırımoğlu 80-ci ilin əvvəllərindən yaradıcılıqla məşğul olub. “Aqibət”, “Mənim rəncbər atam” romanlarının müəllifi olan yubilyarın hazırda seçilmiş əsərlərindən ibarət oncildliyi hazırlanır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR