Bank Of Baku

Xalq yazıçısı Sabir Əhmədlinin həyat və yaradıcılığı haqqında “Ömür urası” sənədli televiziya filmi çəkilib

Xalq yazıçısı Sabir Əhmədlinin həyat və yaradıcılığı haqqında “Ömür urası” sənədli televiziya filmi çəkilib
# 19 noyabr 2007 08:28 (UTC +04:00)
Xalq yazıçısı Sabir Əhmədlinin həyat və yaradıcılıq yolundan bəhs edən “Ömür urası” sənədli televiziya filminin çəkilişləri və son tamamlama işləri artıq başa çatıb. Filmin ssenari müəllifi Aygün Diridağlının APA-ya bildirdiyinə görə, 30 dəqiqəlik “Ömür urası” filminin yaxın günlərdə tamaşaçılara təqdim olunması nəzərdə tutulub. “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində istehsal olunan sənədli filmdə yazıçı tamaşaçılarla xatirələrini, həyat və ədəbiyyatla bağlı düşüncələrini bölüşüb. “Müharibə bir insanın başına hansı faciələr gətirə bilərsə, hamısını mənim başıma gətirib. Müharibə qardaşımı, oğlumu, torpağımı, evimi əlimdən alıb” - deyən xalq yazıçısı özü haqqında açıq, səmimi söhbət edib. Filmin ssenari müəllifləri Aygün Diridağlı və Yaqub Əlioğlu, rejissoru Cahangir Mehdi süjet xəttini Sabir Əhmədlinin monoloqu üzərində qurub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR