Bank Of Baku

Aqil Abbasın romanı Türkiyədə çap olunub

Aqil Abbasın romanı Türkiyədə çap olunub
# 19 noyabr 2007 14:45 (UTC +04:00)
Yazıçı, millət vəkili Aqil Abbasın “Batman qılınc” romanı Türkiyədə çap olunub. APA-nın məlumatına görə, əsəri Türkiyə türcəsinə gənc yazıçı Əli Əkbər Əliyev çevirib. Qeyd edək ki, “Batman qılınc” əsəri Aqil Abbasın məşhur romanlarından biridir. Əsər Qarabağın məşhur isimlərindən olan Məhəmməd bəy Cavanşirə həsr edilib. Kitabda Qarabağ xanlarının şəxsiyyəti, xanlığın tarixi, xanlıqlar dövründə baş verən ictimai-siyasi hadisələr, o cümlədən Azərbaycanın dilbər guşəsi olan Şuşa haqqında maraqlı məqamlar yer alıb. Yazıçı Azərbaycanın görkəmli sərkərdəsi İbrahim Xəlil xan və Molla Pənah Vaqifin həyat və yaradıcılığına da əsərdə müəyyən yer ayırıb. Bundan başqa, Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinin səviyyəsi də oxucuya çatdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR