Bank Of Baku

Azərbaycanlı hüquqşünasın dünyada ilk intellektual döyüş romanı olan “Tunc Allahın yükü” kitabı çapdan çıxıb

Azərbaycanlı hüquqşünasın dünyada ilk intellektual döyüş romanı olan “Tunc Allahın yükü” kitabı çapdan çıxıb
# 22 noyabr 2007 09:26 (UTC +04:00)
Rusiya Mədəniyyət Fondunun nəzdində fəaliyyət göstərən “Qrifon” Nəşriyyatından APA-ya daxil olan məlumata görə, əsərin qəhrəmanı analitik-detektiv xoşbəxt ömür sürmək üçün hər şeyin ən yaxşısına malik olmaq imkanına, dünyanın ən gözəl qadınlarından biri olan müğənni Prinsessa ilə eşq macərası yaşamasına baxmayaraq, həyatını edam olunmaq təhlükəsinə atır, azad edilməsində xüsusi xidmət orqanlarının da çətinlik çəkdikləri, İraqda girov götürülmüş, italiyalı telereportyoru xilas edir. Bundan sonra hamı onu Ancelo di Bronzo kimi tanıyır. Sonradan bütün insanlar qorxmaz analitik-detektivə açılması mümkünsüz görünən cinayətlərin düyününü çözmək üçün müraciət edirlər.
Kitabın müəllifi V. Məmmədli APA-ya açıqlamasında bu günə qədər bu qəbildən olan “Supermen”, “Betmen”, “Hörümçək Adam” kimi əsərlərin işıq üzü gördüyünü deyib. Onun sözlərinə görə, həmin əsərlərin hamısında fantastika və komiks elementləri var: “Mənim romanımda isə sırf adi bir insanın, peşəkar analitikin tamamilə real intellektual düşüncəsinin nəticəsi olan hərəkətlər edərək, qarşıya qoyduğu məqsədlərə nail olması naşirlərin əsərin ilk intellektual döyüş romanı olduğu qənaətinə gəlmələrinə əsas verib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR