Bank Of Baku

Professor Fikrət Türkmən: “Yüzcildlik “Türk dünyası eposları”nın daha 20 cildi nəşr olunacaq”

Professor Fikrət Türkmən: “Yüzcildlik “Türk dünyası eposları”nın daha 20 cildi nəşr olunacaq”
# 22 noyabr 2007 11:49 (UTC +04:00)
“Türk dünyası eposları”nın ilin sonuna kimi daha 20 cildi nəşr olunacaq. Bu barədə APA-ya açıqlamasında Türk Dünyası Araşdırmaları İnstitutunun direktoru, professor Fikrət Türkmən bildirib. Onun sözlərinə görə, türk xalqlarının epos-dastan yaradıcılığını bütünlüklə əhatə edən bu külliyyatın artıq 20 cildi nəşr olunub: “2007-ci ilin sonuna kimi daha 20 cild də işıq üzü görəcək. Beləliklə, türk dünyasının 40 cildlik eposları artıq oxucuların ixtiyarında olacaq. Hər birinin 400-450 səhifə olduğunu nəzərə alsaq, bu xəzinənin nə qədər böyük olduğu aydın başa düşülər”. Bu cildlərdə ən kiçik türk xalqlarının da dastanlarının əks olunduğunu bildirən F. Türkmən 2008-ci ildə daha 20-30 cildin işıq üzü görməsinin nəzərdə tutulduğunu vurğulayıb. F. Türkmənin sözlərinə görə, “Türk dünyası eposları”nın 100 cilddə hazırlanması nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR