Bank Of Baku

Makedoniyada VII Beynəlxalq Türk Şeir Bayramı keçirilir

Makedoniyada VII Beynəlxalq Türk Şeir Bayramı keçirilir
# 22 noyabr 2007 12:28 (UTC +04:00)
Makedoniyada VII Beynəlxalq Türk Şeir Bayramı işinə başlayıb. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, Makedoniyanın paytaxtı Skopye (Üsküp) şəhərində öz işinə başlayan tədbirdə yerli qələm ustaları ilə yanaşı, Azərbaycan, İran, İraq, Kosovo, Türkmənistan, Qaraqalpaq, Çuvaşiya, Başqırdıstan, Yunanıstan, Qazaxıstan, Bolqarıstan, Hollandiya, Rumıniya, Özbəkistan, Krım, Qaqauz Yeri, Qırğızıstan, Özbəkistan, Şimali Kipr, Tatarıstan, Bosniya və Herseqovinanı təmsil edən şairlər iştirak edir. Noyabrın 25-də başa çatması gözlənilən VII Beynəlxalq Türk Şeir Bayramında Türk dünyasının Əli Ural, Adəm Turan, Əhməd Murad, Nilay Özər, Cövdət Karal, Bəhaəddin Qaraqoç və s. məşhur şairləri çıxış edəcək. Qeyd edək ki, builki tədbirin Skopyedə keçirilməsi bu şəhərin çağdaş türk ədəbiyyatının banilərindən olan Yəhya Kamal Bəyatlının vətəni olmasıdır. İlk Türk Şeir Bayramı 1992-ci ildə Türkiyə Yazıçılar Birliyi tərəfindən 1992-ci ildə Bursa və Konyada gerçəkləşdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR