Bank Of Baku

Türkiyədə Azərbaycan yazıçılarının əsərlərindən ibarət “Dörd dördlük” kitabı işıq üzü görüb

Türkiyədə Azərbaycan yazıçılarının əsərlərindən ibarət “Dörd dördlük” kitabı işıq üzü görüb
# 23 noyabr 2007 12:01 (UTC +04:00)
Türkiyənin “Ufuk ötesi” Yayın Evi Azərbaycan yazıçılarının əsərlərindən ibarət “Dörd dördlük” kitabını nəşr etdirib. Bu barədə APA-ya yazıçı Əlabbas Bağırov məlumat verib. Kitabda dörd müəllifin Aslan Quliyev, Əlabbas, Fəxri Uğurlu və Nəriman Əbdürrəhmanlının 1980-ci ildən sonrakı nəsr nümunələri yer alıb. 11 hekayə və bir povestin işıq üzü gördüyü kitabın elmi redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru, professor Əsgər Rəsulovdur. Azərbaycan nəsr nümunələrini çağdaş türkcəyə Aişə Nəbili və Xanəmir Telmanoğlu uyğunlaşdırıb. Türkiyəli oxuculara nasirlərin “Dönəlgə” povesti və “Şəhər”, “Mərənd ölüsü”, “Dərviş”, “Şeyx Sənan”, “Leylinin Məcnunluğu”, “İsgəndərin qanunu”, “Vay nənə” və s. hekayələr təqdim olunub. Qeyd edək ki, min tirajla işıq üzü görən kitabın satışı Türkiyədə həyata keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR