Bank Of Baku

Qəşəm Nəcəfzadənin “Qadının ölümü”, “Çevrilmə” və “Axşam hekayələri”

Qəşəm Nəcəfzadənin “Qadının ölümü”, “Çevrilmə” və  “Axşam hekayələri”
# 23 noyabr 2007 13:28 (UTC +04:00)
Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) şair Qəşəm Nəcəfzadənin üç dildə işıq üzü görən yeni kitablarının təqdimat mərasimi keçirilib. Müəllifin “Qadının ölümü” kitabı Azərbaycan, “Çevrilmə” rus, “Axşam hekayələri” isə ingilis dilində nəşr olunub. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə AYB-nin katibi, tənqidçi Arif Əmrahoğlu açaraq, Qəşəm Nəcəfzadənin yaradıcılığının əsas məziyyətlərindən söz açıb. Aydın Dadaşov, Səlim Babullaoğlu, Əsəd Cahangir və başqaları çıxış edərək, Qəşəm Nəcəfzadənin yaradıcılığında 90-cı illərdən sonra keyfiyyət dəyişikliyi yaranmasından, onun Rotterdam poeziya festivalında iştirakından, son şeirlərinin ingilis və digər dillərə uğurlu tərcüməsindən danışıblar. Yeni kitabları ilə yanaşı, tədbirdə Q. Nəcəfzadənin yeni yaradılan saytının da təqdimatı keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR