Bank Of Baku

Şair Məmmədhüseyn Şəhriyarın anadan olmasının 100 illiyinə həsr olunan beynəlxalq simpozium keçiriləcək

Şair Məmmədhüseyn Şəhriyarın anadan olmasının 100 illiyinə həsr olunan beynəlxalq simpozium keçiriləcək
# 26 noyabr 2007 14:03 (UTC +04:00)
Noyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Məmmədhüseyn Şəhriyarın anadan olmasının 100 illiyinə həsr olunan beynəlxalq simpozium keçiriləcək. Bu barədə APA-ya AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun mətbuat xidmətindən məlumat verilib. Simpozium AMEA-nın Şərqşünaslıq İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu və İran Səfirliyinin Mədəniyyət Mərkəzinin birgə layihəsi əsasında təşkil olunub. Azərbaycanın elm və ədəbiyyat xadimləri ilə yanaşı, tədbirdə Şərq ölkələrinin alimləri də iştirak edəcəklər. Simpoziumda Şəhriyarın həyat və yaradıcılığından bəhs olunacaq, şairin “Heydərbabaya salam” poemasının anadilli ədəbiyyatdakı yerindən, ideya-bədii xüsusiyyətlərindən, digər dillərə tərcüməsindən söz açılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR