Bank Of Baku

Mixail Bulqakovun “Master və Marqarita” kitabı ilk dəfə Azərbaycan dilində işıq üzü görüb

Mixail Bulqakovun “Master və Marqarita” kitabı ilk dəfə Azərbaycan dilində işıq üzü görüb
# 26 noyabr 2007 15:45 (UTC +04:00)
Dünya ədəbiyyatının ən gözəl romanlarından biri sayılan və əksər dillərə tərcümə olunan Mixail Bulqakovun məşhur “Master və Marqarita” kitabı ilk dəfə Azərbaycan dilində işıq üzü görüb. Romanı orijinaldan Azərbaycan dilinə çevirən yazıçı Saday Budaqlının APA-ya bildirdiyinə görə, kitab nəfis tərtibatla, 25 min tirajla çap olunub. Satış üçün nəzərdə tutulmayan kitab idarə və müəssisələrə, kitabxanalara hədiyyə ediləcək. Qeyd edək ki, M. Bulqakovun ən sanballı və sonuncu əsəri olan “Master və Marqarita”da İsa Məsihin dövrü, 30-cu illərin Moskvası və iki gəncin məhəbbət macərası təsvir olunub. Müəllifin 10 ilə yazdığı və ölümündən çox-çox sonra nəşr olunan romanın qəhrəmanları Şeytanın xeyirxahlığı ilə saysız-hesabsız əziyyətlərdən sonra əbədi dinclik qazanırlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR