Bank Of Baku

İranda nümayiş etdirilən “Şəhriyar” filmində Məhəmmədhüseyn Şəhriyar fars kimi təqdim olunub

İranda nümayiş etdirilən “Şəhriyar” filmində Məhəmmədhüseyn Şəhriyar fars kimi təqdim olunub
# 27 noyabr 2007 11:15 (UTC +04:00)
İranda nümayiş etdirilən “Şəhriyar” adlı bədii filmdə Məhəmmədhüseyn Şəhriyar (Seyid Məhəmmədhüseyn Behcət Təbrizi) fars kimi təqdim olunub. Dünya Azərbaycanlıları Konqresi (DAK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İranın dövlət kanalında Azərbaycan şairi Şəhriyar haqqında bədii teleserial nümayiş etdirilir. Filmdə şairin atası ilə anasının tanışlıq səhnəsində atasının fars mənşəli olmasına işarə olunub. Film İran azərbaycanlılarının etirazı ilə qarşılanıb və tarixin saxtalaşdırılması kimi qiymətləndirilib.
Qeyd edək ki, Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan-İran şairi Seyid Məhəmmədhüseyn Behcət Təbrizi Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olub. Şəhriyarın ilk şeirlər toplusu 1929-cu ildə çap edilib. O, əsərlərini türk və fars dillərində yazıb. Şair 1988-ci il sentyabrın 18-də Təbrizdə vəfat edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR