Bank Of Baku

Şəhriyarın anadan olmasının 100 illiyinə həsr olunan beynəlxalq elmi simpozium keçirilib

Şəhriyarın anadan olmasının 100 illiyinə həsr olunan beynəlxalq elmi simpozium keçirilib
# 28 noyabr 2007 13:48 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Güney Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Məmmədhüseyn Şəhriyarın anadan olmasının 100 illiyinə həsr olunan beynəlxalq elmi simpozium keçirilib. APA-nın xəbərinə görə, simpozium AMEA-nın Şərqşünaslıq İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu və İran Səfirliyinin Mədəniyyət Mərkəzinin birgə layihəsi əsasında təşkil olunub. Tədbiri giriş sözü ilə Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva açıb. O, Şəhriyarı XX əsr Azərbaycan və İran ədəbiyyatının iftixarı adlandıraraq, şairin irsinin nəinki Şərq, dünyanın mədəniyyət xəzinəsinin nadir incisi olduğunu bildirib. İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədr müavini Həmid Səfəri çıxış edərək, İranda Şəhriyarın doğum gününün hər il şeir bayramı kimi anıldığını qeyd edib. Akademik Bəkir Nəbiyev, AMEA-nın müxbir üzvü Teymur Kərimli, ədəbiyyatşünas Sabir Əmirovun çıxışlarında şairin “Heydərbabaya salam” poemasının anadilli ədəbiyyatdakı yerindən, ideya-bədii xüsusiyyətlərindən, digər dillərə tərcüməsindən söz açılıb. Tədbirin sonunda Şəhriyarın yaradıcılığından nümunələr və şeirlərinə yazılan nəzirələr ifa olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR