Bank Of Baku

Yazıçılar Birliyində şair Fikrət Sadığın yaradıcılıq gecəsi keçirilib

Yazıçılar Birliyində şair Fikrət Sadığın yaradıcılıq gecəsi keçirilib
# 28 noyabr 2007 14:26 (UTC +04:00)
Bu Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair Fikrət Sadığın yaradıcılıq gecəsi keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə AYB-nin katibi, tənqidçi Arif Əmrahoğlu açıb. O, şairin yaradıcılığının bədii xüsusiyyətlərindən, Fikrət Sadıq poeziyasında həyatın paradokslarının dəqiq əks olunmasından söz açıb. Şair Məmməd Aslan, tənqidçi Vaqif Yusifli və başqaları çıxış edərək, Fikrət Sadıq yaradıcılığının özünəməxsusluğunu, onun poeziyasında insan mənəviyyatının təbəddülatlarının təsvir olunduğunu bildiriblər. Fikrət Sadığın poeziyası ilə yanaşı, onun satirasının da daha çox psixoloji tərzdə olduğunu qeyd edən elm və ədəbiyyat xadimləri şairə yeni yaradıcılıq uğurları arzulayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR