Bank Of Baku

Bakı Dövlət Universitetində xalq yazıçısı Anarla görüş keçirilib

Bakı Dövlət Universitetində xalq yazıçısı Anarla görüş keçirilib
# 29 noyabr 2007 14:01 (UTC +04:00)
Bu gün Bakı Dövlət Universitetində (BDU) xalq yazıçısı Anarla universitetin müəllim və tələbələrinin görüşü keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov açıb. O, Anarın əsərlərinin təkcə Azərbaycan yox, türk dünyası üçün əhəmiyyətli olduğunu bildirərək, yazıçının nəsrinin bütün nəsillər üçün müasir olduğundan bəhs edib. Anar çıxış edərək həyat, zaman, gəncliklə bağlı düşüncələrini iştirakçılarla bölüşüb və gənclərə xeyirlə şəri ayırmağı, daha uzaqgörən olmağa çalışmağı tövsiyə edib. Sonra yazıçı universitetin müəllim və tələbələrinin suallarını cavablandıraraq, müxtəlif roman və povestlərinin yazılma tarixindən və obrazlarını yenidən bir araya gətirmək istəyindən söz açıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR